Azərbaycan Misirdən kətan toxumu idxal etməyə başlayıb
- 11 yanvar, 2024
- 13:46
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 58 min ABŞ dolları dəyərində 58 ton kətan toxumu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 61 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 52 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % azdır) 57 ton (-44 %), Almaniyadan 4 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,86 ton (+3 dəfə), Misirdən 1,4 min ABŞ dolları dəyərində 0,29 ton, İtaliyadan 0,33 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 0,05 ton (+2,5 dəfə), Türkiyədən 0,04 min ABŞ dolları dəyərində (-95,4 %) 0,01 ton (-97 %) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən tədarük həyata keçirilib.