Azərbaycan meyvə-tərəvəz ixracından qazancını açıqlayıb 

ASK
  • 21 oktyabr, 2024
  • 07:46
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını açıqlayıb 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 458 milyon 766,81 min ABŞ dolları dəyərində 439 min 138,76 ton meyvə və tərəvəz ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 3,3 %, həcmi isə 6,2 % azalıb.

Sentyabrda isə ölkədən 34 milyon 764,45 min ABŞ dolları dəyərində 31,41 min ton meyvə və tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 9,4 % və 12,5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 22,04 % təşkil edir.

Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti