Azərbaycan meşə fındığı ixracından gəlirini 56 % artırıb
- 01 aprel, 2022
- 06:32
Bu ilin fevral ayında Azərbaycan 12,7 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 milyon ABŞ dolları və ya 47,7 % çoxdur.
Bu ilin yanvar-fevral ayları ərzində isə Azərbaycan 28,6 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, 2021-ci ilin eyni iki ayı ilə müqayisədə 9,8 milyon ABŞ dolları və ya 52,1 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 millyon ABŞ dolları və ya 39,4 % artıb.