Azərbaycan Livana heyvan yemi ixracını bərpa edib
- 25 dekabr, 2023
- 08:02
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 66,2 milyon ABŞ dolları dəyərində 115 min 717 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Azərbaycan Argentinadan 38 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 57 min 990 ton (+42 %), Rusiyadan 19,6 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 44 min 607 ton (+70 %), Braziliyadan 4,7 milyon ABŞ dolları dəyərində (-56 %) 6 min 900 ton (-60 %), Ukraynadan 3,7 milyon ABŞ dolları dəyərində (+13 %) 5 min 855 ton (+16 %), Gürcüstandan 157 min ABŞ dolları dəyərində (-31 %) 250 ton (-16 %) yem alıb.
Hesabat dövründə Azərbaycandan 6,6 milyon ABŞ dolları dəyərində (-43 %) 31 min 965 ton (-45 %) heyvan yemi ixrac edilib.
Azərbaycan Türkiyəyə 2,25 milyon ABŞ dolları dəyərində (-11 %) 7 min 538 ton (-23 %), İraqa 1,74 milyon ABŞ dolları dəyərində (-71 %) 9 min 413 ton (-71 %), Gürcüstana 1,52 milyon ABŞ dolları dəyərində (-19 %) 9 min 610 ton (-9 %), İrana 927 min ABŞ dolları dəyərində (+5 %) 4 min 759 ton (+6 %), Livana 71 min ABŞ dolları dəyərində 382 ton yem satıb.
Azərbaycan 3 il 6 aylıq fasilədən sonra Livana tədarükü bərpa edib.