Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün yeni ixrac bazarları axtarılacaq

Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün yeni ixrac bazarları axtarılacaq Əlaqələndirmə ofisi üçün illik 100 mln. dollar nəzərdə tutulub
ASK
25 May , 2015 17:43
Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün yeni ixrac bazarları axtarılacaq

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün yeni ixrac bazarları axtarılacaq. "Report" xəbər verir ki, bu haqda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silva məlumat verib.

O deyib ki, bu barədə dövlət başçısı İlham Əliyevlə görüşdə müzakirələr aparılıb: "Prezident bizə bildirdi ki, Azərbaycan bir sıra sahələr, o cümlədən kənd təsərrüfatı və heyvandarlıq məhsulları ilə öz tələbatını ödəyir. Dövlət başçısı Azərbaycana kənd təsərrüfatı məhsulları üçün yeni ixrac bazarları axtarılması, bu sahədəki çətinliklərin aradan qaldırılmasına yardım edilməsi məsələsini qaldırıb. Biz hesab edirik ki, bunun üçün ilk növbədə kənd təsərrüfatı məhsullarının keyfiyyət səviyyəsi artırılmalıdır. Habelə sərhədyanı ərazilərdə yayılan xəstəliklərlə mübarizə aparılmalı, bunlar aradan qaldırılmalıdır".

Qeyd edək ki, "Azərbaycan hökuməti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təsis edilməsi və Texniki yardımın təmin edilməsi üzrə Saziş"inin dəyəri 5 il müddətinə bərabər hissələrə bölünməklə 10 mln. dollar təşkil edir. İlkin mərhələdə bu məbləğ ancaq Azərbaycanda reallaşdırılan layihələrə sərf olunacaq, ancaq istisna hallarda Azərbaycan donor ölkə kimi bu məbləğdən başqa ölkənin layihəsinə vəsait ayıra bilər. Əlaqələndirmə ofisi üçün illik 100 mln.dollar nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi