Azərbaycan Kanadadan hindtoyuğu ətinin alışını kəskin artırıb
- 24 avqust, 2023
- 09:48
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 2,3 milyon ABŞ dolları dəyərində 1 min 862 ton dondurulmuş hindtoyuğu əti idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 64 % çoxdur.
Hesabat dövründə Azərbaycan Braziliyadan 724,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 787,88 ton (+2,4 dəfə), Rusiyadan 697 min ABŞ dolları dəyərində (+2,7 %) 244,2 ton (-7 %), Kanadadan 332,33 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 474,32 ton (+4,7 dəfə), Portuqaliyadan 239,12 min ABŞ dolları dəyərində (+13 %) 176,24 ton (-0,8 %), Ukraynadan 79,73 min ABŞ dolları dəyərində (+70%) 20 ton (-9 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 2,76 milyon ABŞ dolları dəyərində hindtoyuğu ətinin 29,6 %-i Rusiyanın, 16,2 %-i Portuqaliyanın, 14,8 %-i Türkiyənin, 13,2 %-i Braziliyanın, 12,2 %-i Kanadanın payına düşüb.