Azərbaycan Kanadadan gübrə tədarükünü bərpa edib
- 23 noyabr, 2023
- 12:38
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 54,21 milyon ABŞ dolları dəyərində 103 min ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 51 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 36,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 88 min 981 ton (+66 %), Türkiyədən 6,12 milyon ABŞ dolları dəyərində (+3,2 %) 1 min 923 ton (+1 %), Slovakiyadan 2,1 milyon ABŞ dolları dəyərində (+76 %) 2 min 426 ton (+58 %), Çindən 1,3 milyon ABŞ dolları dəyərində (+73 %) 804 ton (+6,6 %), Belçikadan 1,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 987 ton (+2,2 dəfə) gübrə alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Kanadadan (24 min ABŞ dolları dəyərində 1,44 ton) gübrə tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana idxal edilən (33 ölkədən) 103 min 315 ton gübrənin (orqanik gübrələrdən başqa) 83,4 %-i Rusiyanın payına düşüb.