Azərbaycan kakao ixracından qazancını 2,5 dəfə artırıb

ASK
  • 22 oktyabr, 2022
  • 13:29
Azərbaycan kakao ixracından qazancını 2,5 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 66,336 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

Hesabat dövründə Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 7,85 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur.

9 ay ərzində kakao və ondan hazırlanan məhsullar üzrə idxal xərcləri Azərbaycanın ümumi idxalın 0,64 %-ni, ixrac gəlirləri isə ümumi ixracın 0,03 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti