Azərbaycan kakao ixracından gəlirini 57 % artırıb

ASK
  • 18 mart, 2023
  • 12:54
Azərbaycan kakao ixracından gəlirini 57 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 19,121 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,2 % çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə 1,684 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac olunub. Bu 1 il əvvələ nisbətən 57,1 % çoxdur.

Bu ilin 2 ayında kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,72 %-ni, ixrac isə ümumi ixracın 0,04 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,7 % azdır. Xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 24,3 % azalıb, idxal isə 34,4% artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti