Azərbaycan İtaliyadan üzüm şirəsi alışını 2 min dəfədən çox artırıb
- 02 oktyabr, 2023
- 13:24
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 126,5 min ABŞ dolları dəyərində 56,14 ton üzüm şirəsi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,3 dəfə, kəmiyyət olaraq – 6,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İtaliyadan 94,75 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 357 dəfə çoxdur) 44,23 ton (+2 200 dəfə), İsraildən 18,15 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 7,49 ton (+2,7 dəfə), Fransadan 13,29 min ABŞ dolları dəyərində (-37 %) 4,32 ton (-33,3 %) və Almaniyadan 0,31 min ABŞ dolları dəyərində 0,11 ton (bir il əvvəl tədarük olmayıb) üzüm şirəsi alıb.
2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 66,5 ton üzüm şirəsinin 42 %-i İsrailin, 37,6 %-i İtaliyanın payına düşüb.