Azərbaycan İtaliyadan qarğıdalı alışını kəskin artırıb

ASK
  • 09 may, 2023
  • 12:23
Azərbaycan İtaliyadan qarğıdalı alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 5,27 milyon ABŞ dolları dəyərində 17 min 661 ton qarğıdalı (o cümlədən toxumluq) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,1 %, kəmiyyət olaraq – 5,1 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 3,83 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14,3 % azdır) 17 min 369 ton (-4,6 %), Serbiyadan 696 min ABŞ dolları dəyərində (+39,3 %) 131 ton (+15 %), Türkiyədən 534 min ABŞ dolları dəyərində (+56 %) 117 ton (-52 %), Rumıniyadan 133 min ABŞ dolları dəyərində (+27 %) 27,5 ton (-7,7 %), İtaliyadan 67,1 min ABŞ dolları dəyərində (+6 dəfə) 11,64 ton (+4,7 dəfə) məhsul alıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 75 min 864 ton qarğıdalının 97,8 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti