Azərbaycan İtaliyadan gübrə idxalını 16 dəfə artırıb
- 11 aprel, 2024
- 07:20
Bu ilin yanvar ayında Azərbaycan 4,2 milyon ABŞ dolları dəyərində 13 min ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 % azdır, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 2,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % azdır) 11 min 838 ton (+2,1 dəfə), Türkiyədən 405 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 178 ton (+2,7 dəfə), Norveçdən 196,4 min ABŞ dolları dəyərində 280 ton (bir il əvvəl tədarük olmayıb), Slovakiyadan 168 min ABŞ dolları dəyərində (-46 %) 240 ton (-37 %), İtaliyadan 150 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 95 ton (+16 dəfə) gübrə alıb.
2023-cü ildə Azərbaycana 32 ölkədən idxal edilmiş 137 min ton gübrənin 87,6 %-i Rusiyanın payına düşüb.