Azərbaycan İspaniyadan toyuq ətinin idxalını bərpa edib

ASK
  • 28 fevral, 2024
  • 08:18
Azərbaycan İspaniyadan toyuq ətinin idxalını bərpa edib

Ötən il Azərbaycan 41,62 milyon ABŞ dolları dəyərində 25 min 822 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq 20 % azdır.

Hesabat dövründə Azərbaycana Ukraynadan 17,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % azdır) 11 min 154 ton (-39 %), Rusiyadan 13,54 milyon ABŞ dolları dəyərində (+5,2 %) 8 min 428 ton (+31 %), Gürcüstandan 7,53 milyon ABŞ dolları dəyərində (+40 %) 3 min 917 ton (+12 %), Belarusdan 2,72 milyon ABŞ dolları dəyərində (-57 %) 1 min 791 ton (-55 %), İrandan 344 min ABŞ dolları dəyərində (+4 dəfə) 520 ton (+3 dəfə) məhsul gətirilib.

Azərbaycan 6 il 10 aylıq fasilənin ardından İspaniyadan (0,2 min ABŞ dolları dəyərində 0,02 ton) toyuq əti tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 32 min 384 ton toyuq ətinin 56,2 %-i Ukraynanın, 19,8 %-i Rusiyanın payına düşüb.