Azərbaycan İspaniyadan balqabaq idxal etməyə başlayıb

ASK
  • 03 yanvar, 2024
  • 07:25
Azərbaycan İspaniyadan balqabaq idxal etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 216 min ABŞ dolları dəyərində 308 ton balqabaq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 50 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 170,54 min ABŞ dolları dəyərində (-18 %) 243,62 ton (-18 %), İrandan 28,31 min ABŞ dolları dəyərində (+83,6 %) 40,45 ton (+84 %), Gürcüstandan 16,67 min ABŞ dolları dəyərində (-91 %) 23,81 ton (-92 %), İspaniyadan 0,1 min ABŞ dolları dəyərində 0,05 ton və Niderlanddan 0,08 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan tədarük həyata keçirilib.