Azərbaycan İraqa fındıq ixracını bərpa edib
- 17 may, 2024
- 10:42
Bu ilin yanvar-mart aylarında Azərbaycan 32,25 milyon ABŞ dolları dəyərində 5 min 322 ton meşə fındığı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 32 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 19 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 14 % çoxdur) 3 min 336 ton (-10 %), Almaniyaya 4,51 milyon ABŞ dolları dəyərində (-46 %) 600 ton (-60 %), İtaliyaya 2,8 milyon ABŞ dolları dəyərində (-54 %) 396 ton (-63 %), Polşaya 1,3 milyon ABŞ dolları dəyərində (+92 %) 169 ton (+32 %), İsveçrəyə 870 milyon ABŞ dolları dəyərində (-51 %) 140 ton (-53 %) məhsul satıb.
Azərbaycan 1 il 1 aylıq fasilənin ardından İraqa (357 min ABŞ dolları dəyərində 42 ton) fındıq tədarükünü bərpa edib.