Azərbaycan İrana xurma ixrac etməyə başlayıb
- 13 fevral, 2024
- 06:34
Ötən ilin yanvar-noyabr ayında Azərbaycandan xaricə 91,42 milyon ABŞ dolları dəyərində 124 min 724 ton xurma ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 %, kəmiyyət olaraq – 5,2 % artıb.
Azərbaycan Rusiyaya 81,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 110 min 109 ton (+5 %), Ukraynaya 8,7 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 12 min 431 ton (+0,5 %), Türkiyəyə 489 min ABŞ dolları dəyərində (+14 dəfə) 699 ton (+6 dəfə), Belarusa 472 min ABŞ dolları dəyərində (-34 %) 582 ton (-38 %), Qazaxıstana 305,4 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 496 ton (+46 %) məhsul satıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrana (2,85 min ABŞ dolları dəyərində 5,2 ton) tədarük həyata keçirilib.