Azərbaycan İran və Türkiyədən pomidor alışını kəskin artırıb
- 04 noyabr, 2023
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 124,3 milyon ABŞ dolları dəyərində 112 min ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 0,2 % azdır.
Azərbaycan Rusiyaya 120,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7 % azdır) 109,7 min ton (+0,2 %), Belarusa 2,2 milyon ABŞ dolları dəyərində (-40 %) 953,6 ton (-55 %), Polşaya 1,3 milyon ABŞ dolları dəyərində (+5,3 dəfə) 882 ton (+5,4 dəfə), Ukraynaya 299 min ABŞ dolları dəyərində (+33 %) 374 ton (+27 %), Moldovaya 46,1 min ABŞ dolları dəyərində 52,8 ton (bir il əvvəl tədarük olmayıb) pomidor satıb.
Hesabat dövründə Azərbaycan 478,3 min ABŞ dolları dəyərində (-53 %) 684,2 ton (-26 %) pomidor idxal edib.
Azərbaycan İrandan 197,2 min ABŞ dolları dəyərində (+40 dəfə) 358 ton (+40 dəfə), Belarusdan 91,9 min ABŞ dolları dəyərində (+8 %) 35 ton (-29 %), Rusiyadan 64,6 min ABŞ dolları dəyərində (-93 %) 64,35 ton (-91,4 %), Türkiyədən 64,4 min ABŞ dolları dəyərində (+228 dəfə) 117,4 ton (+532 dəfə) və Türkmənistandan 60,2 min ABŞ dolları dəyərində (-7 %) 109,5 ton (-4 %) pomidor alıb.