Azərbaycan illik ting istehsalını 2 milyon ədədə çatdırmaq istəyir

Azərbaycan illik ting istehsalını 2 milyon ədədə çatdırmaq istəyir Azərbaycanda ildə 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir.
ASK
12 Yanvar , 2022 13:21
Azərbaycan illik ting istehsalını 2 milyon ədədə çatdırmaq istəyir

Azərbaycanda ildə 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir.

"Report" Kənd Təsərrrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib.

Onun sözlərinə görə, institutda yaradılan biotexnologiya laboratoriyasının qarşısında duran əsas məqsəd illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da ting idxalını əhəmiyyətli dərəcədə azaldacaq.

Son xəbərlər

Orphus sistemi