Azərbaycan iki ölkəyə günəbaxan yağı ixracını bərpa edib

ASK
  • 03 mart, 2023
  • 06:44
Azərbaycan iki ölkəyə günəbaxan yağı ixracını bərpa edib

Ötən il ərzində Azərbaycan xaricdən 72,5 milyon ABŞ dolları dəyərində 46 min 406 ton günəbaxan yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 1,5 %, kəmiyyət olaraq – 14,6 % azdır.

Azərbaycan Rusiyadan 63,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % azdır) 41 min 668 ton (-22 %), Türkiyədən 8,42 milyon ABŞ dolları dəyərində (+6,7 dəfə) 4 min 315 ton (+6,4 dəfə), Ukraynadan 438,6 min ABŞ dolları dəyərində (+11 %) 239 ton (+0,4 %), Özbəkistandan 206 min ABŞ dolları dəyərində 113,5 ton (6 il 10 aydan sonra bərpa edilib, İtaliyadan 90 min ABŞ dolları dəyərində (+36 %) 34,5 ton (+27 %) məhsul gətirib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrə 9,2 milyon ABŞ dolları dəyərində (-3,8 %) 4 min 470 ton (-25,1 %) günəbaxan yağı satıb.

Azərbaycandan İraqa 5,36 milyon ABŞ dolları dəyərində (+6,4 %) 2 min 605 ton (-19 %), Gürcüstana 3,7 milyon ABŞ dolları dəyərində (-3 %) 1 min 761 ton (-23 %), Türkmənistana 167,3 min ABŞ dolları dəyərində (-75 %) 100,5 ton (-75 %), Amerika Birləşmiş Ştatlarına 5,3 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 2,81 ton (+2,8 dəfə), Kanadaya 1,92 min ABŞ dolları dəyərində 0,87 ton və Qətərə 1,28 min ABŞ dolları dəyərində 0,36 ton günəbaxan yağı ixrac edilib.

Beş il 3 aylıq fasilənin ardından Qətərə və 2 il 9 ayın tamamında Kanadaya tədarük bərpa edilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricə (7 ölkəyə) satdığı 5 min 970 ton günəbaxan yağının 53,9 %-i İraqın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti