Azərbaycan iki ölkədən tomat şirəsinin alışını bərpa edib
- 04 oktyabr, 2022
- 12:29
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 112,92 min ABŞ dolları dəyərində 146,97 ton tomat şirəsi idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 22,7 % çoxdur.
Hesabat dövründə Rusiyadan 95,96 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 76,5 % çoxdur) 123,68 ton (+29,5 %), Belarusdan 7,57 min ABŞ dolları dəyərində (-12,3 %) 13,09 ton (-11,1 %), Gürcüstandan 2,7 min ABŞ dolları dəyərində 3,71 ton, Almaniyadan 3,34 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 3,61 ton (+3 dəfə), Avstriyadan 2,05 min ABŞ dolları dəyərində 2,06 ton məhsul alınıb.
Üç il 2 ayın tamamında Gürcüstandan, 1 il 1 aylıq fasilənin ardından Avstriyadan tədarük bərpa edilib.