Azərbaycan iki ölkədən pestisid tədarükünü bərpa edib
- 25 iyul, 2023
- 12:04
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 32,841 milyon ABŞ dolları dəyərində 3 min 822 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 6,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 15,789 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,3 % çoxdur) 2 min 102 ton (+12 %), Çindən 2,962 milyon ABŞ dolları dəyərində (+46 %) 424 ton (+64 %), Rusiyadan 3,2 milyon ABŞ dolları dəyərində (-5 %) 359 ton (+9,5 %), Almaniyadan 2,35 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 155,2 ton (+41 %), Fransadan 2,24 milyon ABŞ dolları dəyərində (-31 %) 102,1 ton (-52 %) maddə idxal edib.
Bir il 8 aylıq fasilənin ardından Azərbaycan Sloveniyadan (0,36 min ABŞ dolları dəyərində 0,02 ton) və 1 il 3 aylıq aradan sonra Tayvandan (1,54 min ABŞ dolları dəyərində 0,06 ton) pestisid alışını bərpa edib.
2022-ci ildə Azərbaycana (42 ölkədən) idxal edilən 6 min 357 ton pestisidin 58,7 %-i Türkiyənin payına düşüb.