Azərbaycan iki ölkədən gübrə tədarükünü bərpa edib

ASK
  • 29 dekabr, 2023
  • 09:19
Azərbaycan iki ölkədən gübrə tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 62,94 milyon ABŞ dolları dəyərində 121 min ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 % azdır, kəmiyyət olaraq – 46 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 43,42 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 105 min 288 ton (+57 %), Türkiyədən 6,6 milyon ABŞ dolları dəyərində (+10 %) 2 min 180 ton (+11 %), Slovakiyadan 2,1 milyon ABŞ dolları dəyərində (+56 %) 2 min 426 ton (+41 %), Belçikadan 1,4 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 1 min 138 ton (+2,5 dəfə), Çindən 1,3 milyon ABŞ dolları dəyərində (+59 %) 858 ton (+6 %) gübrə alıb.

Azərbaycan 3 il 11 aylıq fasilənin ardından Bolqarıstandan (24 min ABŞ dolları dəyərində 1,44 ton) və 2 il 8 aylıq aradan sonra Kanadadan (1,44 min ABŞ dolları dəyərində 1,53 ton) gübrə tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana idxal edilən (33 ölkədən) 103 min 315 ton gübrənin (orqanik gübrələrdən başqa) 83,4 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti