Azərbaycan iki ölkədən ananas şirəsi idxalını bərpa edib

ASK
  • 15 mart, 2023
  • 09:49
Azərbaycan iki ölkədən ananas şirəsi idxalını bərpa edib

2022-ci il ərzində Azərbaycana xaricdən 304 min ABŞ dolları dəyərində 171 ton ananas şirəsi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 53,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan İsraildən 224 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 97 ton (+2,3 dəfə), Rusiyadan 53,2 min ABŞ dolları dəyərində (+4,5 %) 50 ton (-15,5 %), Almaniyadan 7,91 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 6,1 ton (+2,9 dəfə), Avstriyadan 6,3 min ABŞ dolları dəyərində (+10 dəfə) 5 ton (+9,4 dəfə), İtaliyadan 5,7 min ABŞ dolları dəyərində 5,24 ton məhsul alıb.

Doqquz il 10 ayın tamamında İtaliyadan və 3 il 6 aylıq fasilənin ardından Kiprdən (3 min ABŞ dolları dəyərində 4,41 ton) ananas şirəsi idxalı bərpa edilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (7 ölkədən) aldığı 111,5 ton ananas şirəsinin 52,6 %-i Rusiyanın, 38,6 %-i İsrailin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti