"Azərbaycan İnvestisiya Şirkəti" 3 rayonda aqrar layihələrin icrası imkanlarını araşdıracaq

"Azərbaycan İnvestisiya Şirkəti" 3 rayonda aqrar layihələrin icrası imkanlarını araşdıracaq Bu işlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunun nəticəsi açıqlanıb
ASK
12 Oktyabr , 2016 08:51
Azərbaycan İnvestisiya Şirkəti 3 rayonda aqrar layihələrin icrası imkanlarını araşdıracaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycan İnvestisiya Şirkəti" ASC Xızı, Siyəzən və Şabran rayonunda kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi imkanlarını araşdıracaq. "Report" xəbər verir ki, şirkət bu işlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.

Sorğunun nəticələri haqqında Tender Komissiyasının 5 oktyabr 2016-cı il tarixli qərarına əsasən, fiziki şəxs Rafiq Ürfət oğlu Rəhimbəyli qalib elan edilib və oktyabrın 7-də onunla satınalma müqaviləsi imzalanıb.

Xatırladaq ki, "Azərbaycan İnvestisiya Şirkəti" 2006-cı ildə, İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılıb. Onun nizamnamə kapitalı 160 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 1,6 mln. səhm əsasında formalaşıb. 

Son xəbərlər

Orphus sistemi