Azərbaycan hökuməti Dövlət Taxıl Fonduna taxıl tədarükünü artırıb

Azərbaycan hökuməti Dövlət Taxıl Fonduna taxıl tədarükünü artırıb İndiyə qədər Dövlət Taxıl Fondu üçün taxılın tədarükü 500 min ton idi
ASK
276
2 Yanvar , 2015 10:38
Azərbaycan hökuməti Dövlət Taxıl Fonduna taxıl tədarükünü artırıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib. “Report” xəbər verir ki, dəyişikliklə Dövlət Taxıl Fonduna taxılın tədarükü artırılıb. Beləliklə, Fonda taxılın tədarükü 750 min ton həcmində müəyyənləşdirilib.

İndiyə qədər Dövlət Taxıl Fondu üçün taxılın tədarükü 500 min ton idi.

Qərar taxıl istehsalçıları olan qonşu ölkələrdə son dövrlər baş verən iqlim dəyişikliklərinin, həmçinin respublika ərazisində uzun sürən quraqlıq nəticəsində yarana biləcək vəziyyətin əhalinin taxıl məhsulları ilə təminatına birbaşa və ya dolayı təsirinin qarşısının alınması məqsədi ilə verilib.

Qeyd edək ki, Dövlət Taxıl Fonduna taxılın tədarükü ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Son xəbərlər

Orphus sistemi