Azərbaycan Hindistandan qurudulmuş meyvə alışını bərpa edib
- 27 noyabr, 2024
- 13:28
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 7,13 milyon ABŞ dolları dəyərində 2 min 702 ton qurudulmuş meyvə (üzümdən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 30 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2,14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % çoxdur) 455 ton (+50 %), İrandan 2,11 milyon ABŞ dolları dəyərində (+12 %) 1 min 88 ton (+9 %), Özbəkistandan 1,36 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 611 ton (+65 %), Çindən 402 min ABŞ dolları dəyərində (+29 %) 137 ton (+29,3 %), Moldovadan 373 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 111 ton (+2,2 dəfə) məhsul alıb.
Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Hindistandan (0,22 min ABŞ dolları dəyərində 0,07 ton) qurudulmuş meyvə tədarükünü bərpa edib.