Azərbaycan Hindistan və Vyetnamdan yemiş tədarük etməyə başlayıb

ASK
  • 31 yanvar, 2024
  • 10:00
Azərbaycan Hindistan və Vyetnamdan yemiş tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 53 min ABŞ dolları dəyərində 76,3 ton yemiş idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 17 % azdır.

Hesabat dövründə Azərbaycan İrandan 22,42 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 32 ton (-43 %), Türkiyədən 11,15 min ABŞ dolları dəyərində (-39 %) 15,81 ton (-39 %), Türkmənistandan 9,88 min ABŞ dolları dəyərində 19 ton (bir il əvvəl tədarük olmayıb), Braziliyadan 7,3 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 7,3 ton (+2,7 dəfə), Panamadan 1,1 min ABŞ dolları dəyərində 1,1 ton (bir il əvvəl tədarük olmayıb) yemiş alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistan (0,01 min ABŞ dolları dəyərində 0,01 ton) və Vyetnamdan (0,02 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.