Azərbaycan Gürcüstanın tərəvəz məhsulları aldığı əsas bazarlardan olub

ASK
  • 20 dekabr, 2023
  • 09:06
Azərbaycan Gürcüstanın tərəvəz məhsulları aldığı əsas bazarlardan olub

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 9,799 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 10 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana tərəvəz məhsulları tədarük edən 87 ölkə sırasında 7-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 388,4 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 2,3 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 138,3 milyon ABŞ dolları dəyərində, Türkiyədən 57,7 milyon ABŞ dolları dəyərində, Ekvadordan 31,8 milyon ABŞ dolları dəyərində, Niderlanddan 14,5 milyon ABŞ dolları dəyərində, İtaliyadan 12,8 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 454 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları alıb ki, bunun da 9,752 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan tərəvəz məhsullarının tədarükünə çəkdiyi xərci 11,4 % artıb.

44 filmi