Azərbaycan Gürcüstandan çəkməli tütün almağa başlayıb
- 18 mart, 2022
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk ayında Azərbaycan xaricdən 4,392 milyon ABŞ dolları dəyərində 281,19 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,1 %, kəmiyyət olaraq – 29,4 % azdır.
Hesabat dövründə Ukraynadan 4,381 milyon ABŞ dolları dəyərində 281 ton, Gürcüstandan 12,05 min ABŞ dolları dəyərində 0,52 ton məhsul gətirilib.
2021-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 8,5 % və 27,1 % azalıb. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Gürcüstandan çəkməli tütün tədarük edilib.