Azərbaycan Gürcüstana yanvarda 1,6 min ton soğan ixrac edib
- 21 fevral, 2023
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 601 min ABŞ dolları dəyərində soğan ixrac edilib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan Gürcüstana ixrac edilən bu məhsulun həcmi isə 1,599 min ton olub. Qeyd edək ki, 2022-ci ilin yanvar ayında Azərbaycan Gürcüstana soğan ixrac etməyib.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub. Bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.
Eyni dövrdə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.