Azərbaycan Gürcüstana qarpız ixracını kəskin artırıb
- 18 oktyabr, 2023
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 5,2 milyon ABŞ dolları dəyərində 12 min 207 ton qarpız ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 13 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % azdır) 5 min 191 ton (-48 %), Ukraynaya 919 min ABŞ dolları dəyərində (+39 %) 3 min 413 ton (+30 %), Gürcüstana 751 min ABŞ dolları dəyərində (+29 dəfə) 2 min 541 ton (+17 dəfə), Estoniyaya 300 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 668 ton (+18 %), Belarusa 91 min ABŞ dolları dəyərində (-27 %) 351 ton (-29 %) qarpız satıb.
2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilmiş 14 min ton qarpızın 71,1 %-i Rusiyanın, 19 %-i Ukraynanın payına düşüb.