Azərbaycan Gürcüstana pomidor ixracatçıları siyahısında 3-cü olub
- 26 sentyabr, 2023
- 08:42
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 37 min ABŞ dolları dəyərində 96,4 ton pomidor (təzə və ya soyudulmuş) idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 10,3 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana pomidor tədarük edən ölkələr (8) sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 8,3 milyon ABŞ dolları dəyərində 19 min 894 ton pomidor alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 63 % və 35,4 % çoxdur.
O cümlədən, Gürcüstan Türkiyədən 8,1 milyon ABŞ dolları dəyərində 19 min 557 ton, İrandan 77,3 min ABŞ dolları dəyərində 171 ton, Ermənistandan 13,72 min ABŞ dolları dəyərində 35,8 ton, Suriyadan 8,9 min ABŞ dolları dəyərində 23 ton pomidor idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 7,13 milyon ABŞ dolları dəyərində 20 min 141 ton pomidor alıb ki, bunun da 46,5 min ABŞ dolları dəyərində 117 tonu Azərbaycanın payına düşüb.