Azərbaycan gübrə ixracından qazancını 55 % artırıb

ASK
  • 21 dekabr, 2024
  • 06:02
Azərbaycan gübrə ixracından qazancını 55 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 69,297 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,03 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 113,534 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 55 % çoxdur.

Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,37 %-ni, ixrac isə ümumi ixracın 0,47 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti