Azərbaycan gübrə ixracından qazancını 3,1 dəfə artırıb

ASK
  • 22 oktyabr, 2022
  • 12:01
Azərbaycan gübrə ixracından qazancını 3,1 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58,278 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri isə 164,211 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,1 dəfə çoxdur.

9 ay ərzində gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxalın 0,57 %-ni, ixrac gəlirləri isə ümumi ixracın 0,56 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti