Azərbaycan gübrə ixracından gəlirini təxminən 92 % artırıb
- 24 may, 2025
- 16:50
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 33,509 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.
Hesabat dövründə Azərbaycandan gübrə ixracının dəyəri isə 63,836 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 91,8 % çoxdur.
Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,41 %-ni, ixrac isə ümumi ixracın 0,73 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.