Azərbaycan gübrə idxalına çəkdiyi xərci 20 %-dən çox artırıb
- 18 iyun, 2024
- 08:28
Bu ilin yanvar-may aylarında Azərbaycan 37,01 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,1 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 40,461 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 31,3 % çoxdur.
Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,51 %-ni, ixrac isə ümumi ixracın 0,36 %-ni təşkil edib.
Xatırladaq ki, 5 ayda Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 19,7 % azdır.
Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % artıb.