Azərbaycan gübrə idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

ASK
  • 19 dekabr, 2023
  • 06:46
Azərbaycan gübrə idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 69,278 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 % azdır.

11 ay ərzində Azərbaycanın gübrə ixracının dəyəri 73,257 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə azdır.

Gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,44 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac üzrə qazancının 0,23 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % azdır.

Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 13,3 % azalıb, idxal isə 22,8 % artıb.

Son nəticədə xarici ticarətdə 15 milyard 700 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 33,1 % azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti