Azərbaycan gübrə idxalına çəkdiyi xərci 13 % artırıb

ASK
  • 20 iyul, 2024
  • 09:35
Azərbaycan gübrə idxalına çəkdiyi xərci 13 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 41,453 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 53,026 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 63 % çoxdur.

Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,47 %-ni, ixrac isə ümumi ixracın 0,41 %-ni təşkil edib.

Xatırladaq ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti