Azərbaycan Fransadan günəbaxan yağı tədarükünü bərpa edib

ASK
  • 16 avqust, 2022
  • 07:03
Azərbaycan Fransadan günəbaxan yağı tədarükünü bərpa edib

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən 30,452 milyon ABŞ dolları dəyərində 19 min 382 ton günəbaxan yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25,3 %, kəmiyyət olaraq – 36,8 % azdır.

Rusiyadan 29,605 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 26 % azalıb) 18 min 985 ton (-37 %), Türkiyədən 644,37 min ABŞ dolları dəyərində (-3,6 %) 293,67 ton (-21,2 %), Ukraynadan 139,84 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 77,15 ton (+3,5 dəfə), İtaliyadan 52,1 min ABŞ dolları dəyərində (+2 dəfə) 21,64 ton (+76,4 %), Belarusdan 8,65 min ABŞ dolları dəyərində (+33,5 %) 3,89 ton (+15,8 %) məhsul gətirilib.

İki il 2 aylıq aradan sonra Fransadan tədarük bərpa edilib. Bu ölkədən 0,02 min ABŞ dolları dəyərində 0,01 ton günəbaxan yağı idxal edilib.

Hesabat dövründə Azərbaycan xaricə 6,487 milyon ABŞ dolları dəyərində 3 min 212 ton günəbaxan yağı satıb ki, bu da ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 21,4 % çoxdur və 9 % azdır.

İraqa 3,545 milyon ABŞ dolları dəyərində (+15 %) 1 min 767 ton (-15,2 %), Gürcüstana 2,774 milyon ABŞ dolları dəyərində (+27 %) 1 min 344 ton (-2,4 %), Türkmənistana 167,25 min ABŞ dolları dəyərində 100,46 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 1,05 min ABŞ dolları dəyərində (+94,4 %) 0,55 ton (+2 dəfə) məhsul ixrac edilib.