​Azərbaycanda fermerlər üçün mineral gübrələrin güzəştli qiymətləri açıqlanıb

​Azərbaycanda fermerlər üçün mineral gübrələrin güzəştli qiymətləri açıqlanıb "Aqrolizinq" ASC: Anbarlarda kifayət qədər mineral gübrə ehtiyatı var
ASK
13 Fevral , 2015 14:13
​Azərbaycanda fermerlər üçün mineral gübrələrin güzəştli qiymətləri açıqlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın "Aqrolizinq" ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahələrinin təsdiq olunmuş sənədləri təqdim etməklə 70% güzəştlə ala biləcəyi mineral gübrələrin satış qiymətini açıqlayıb.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, anbarlarda kifayət qədər mineral gübrə ehtiyatı olduğunu bildirən “Aqrolizinq” fermerlərin lazımi sənədləri təqdim edərək rayon aqroservis filiallarından gübrə əldə edə biləcəklərini bildirir.

Belə ki, fermerlər gübrələri (ammonium nitrat - 130 manat/ton, yaxud kisəsi 6,5 manat, superfosfat – 156 manat/ton, yaxud 1 kisəsi 7,8 manat, kalium sulfat – 194,7 manat/ton, yaxud 1 kisəsi 9,8 manat, nitroammofoska – 184,2 maqnat/ton, yaxud 1 kisəsi 9,2 manat, ammofos – 212,4 manat/ton, yaxud 1 kisəsi 10, 6 manat) 70% endirim olunmuş qiymətlərlə əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi