Azərbaycan əsas tədarük bazarlarından qurudulmuş ərik idxalını kəskin artırıb
- 17 aprel, 2023
- 09:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 854,1 min ABŞ dolları dəyərində 255 ton qurudulmuş ərik alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 477,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 123 ton (+2,7 dəfə), İrandan 330 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 108,22 ton (+3 dəfə), Özbəkistandan 47 min ABŞ dolları dəyərində (-16 %) 23,5 ton (-16 %) və Almaniyadan 0,09 min ABŞ dolları dəyərində (-31 %) 0,01 ton (dəyişməyib) məhsul alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana idxal edilən (6 ölkədən) 1 min 495 ton qurudulmuş ərikin 44,9 %-i İranın, 43,8 %-i Türkiyənin payına düşüb.