Azərbaycan əsas tədarük bazarlarından dondurulmuş toyuq əti idxalını dəfələrlə artırıb
- 11 aprel, 2022
- 08:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycana 2022-ci ilin ilk ayında xaricdən 2,83 milyon ABŞ dolları dəyərində 2 min 063 ton dondurulmuş toyuq əti gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə artıb.
Hesabat dövründə Ukraynadan 1,96 milyon ABŞ dolları dəyərində 1 min 530 ton, Rusiyadan 685,95 min ABŞ dolları dəyərində 389,8 ton, Belarusdan 130,94 min ABŞ dolları dəyərində 99,19 ton, Gürcüstandan 32 min ABŞ dolları dəyərində 20 ton və Moldovadan 20,24 min ABŞ dolları dəyərində 24 ton məhsul alınıb.
2021-ci ilin analoji dövrü ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 2,7 dəfə və 2,8 dəfə artıb, Rusiyadan – 4,8 dəfə və 3 dəfə artıb, Belarusdan – 28,6 % və 28,8 % azalıb, Gürcüstandan 14,3 % və 0 % artıb. Ötənilki yanvarda Azərbaycan Moldovadan dondurulmuş toyuq əti idxal etməyib.
Xatırladaq ki, ötən ilin 12 ayı ərzində Azərbaycanın xaricdən (7 ölkə) aldığı 27,8 min ton dondurulmuş toyuq ətinin 75 %-i Ukraynanın, 15 %-i Rusiyanın payına düşüb.