Azərbaycan əsas tədarük bazarlarından birindən xurma idxalını kəskin artırıb

ASK
  • 01 iyul, 2022
  • 13:04
Azərbaycan əsas tədarük bazarlarından birindən xurma idxalını kəskin artırıb

Bu ilin ilk 4 ayında Azərbaycan 5,76 milyon ABŞ dolları dəyərində 4 min 284 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,9 %, kəmiyyət olaraq – 5,8 % çoxdur.

Hesabat dövründə İrandan 3,836 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 10,7 % artıb) 3 min 449 ton (+9,6 %), Tunisdən 896,03 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 490,05 ton (+2,5 dəfə), Əlcəzairdən 473,66 min ABŞ dolları dəyərində (-43,6 %) 256,02 ton (-44,2 %), İsraildən 334,01 min ABŞ dolları dəyərində (+4,4 %) 47,43 ton (+11,6 %), Fələstindən 137,58 min ABŞ dolları dəyərində (-40 %) 20,43 ton (-37,5 %) məhsul gətirilib.

Qeyd edək ki, ötən il xaricdən (12 ölkədən) aldığımız 7 min 331 ton xurmanın 80 %-i İranın, 9,6 %-i Əlcəzairin, 6,7 %-i Tunisin payına düşüb.