Azərbaycan əsas tədarük bazarlarından birindən qızılbalıq alışını kəskin artırıb

ASK
  • 04 may, 2023
  • 06:01
Azərbaycan əsas tədarük bazarlarından birindən qızılbalıq alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 1,4 milyon ABŞ dolları dəyərində 174 ton qızılbalıq (təzə və dondurulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq - 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çilidən 663 min ABŞ dolları dəyərində 97,14 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynadan 410 min ABŞ dolları dəyərində (+6,5 dəfə) 31,5 ton (+6,4 dəfə), Norveçdən 206 min ABŞ dolları dəyərində (-28,8 %) 39,21 ton (+21,2 %), Lüksemburqdan 80 min ABŞ dolları dəyərində (+36 %) 4,12 ton (+16 %), Belarusdan 10,9 min ABŞ dolları dəyərində (-46,7 %) 0,58 ton (-58,6 %) balıq alıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (20 ölkədən) idxal edilən 786 ton qızılbalığın 48,4 %-i Çilinin, 20,9 %-i Norveçin, 13,1 %-i Ukraynanın payına düşüb.

44 - Tezliklə