Azərbaycan əsas tədarük bazarından xam şəkər alışını kəskin artırıb
- 17 avqust, 2022
- 07:14
Bu ilin birinci yarısında Azərbaycan xaricdən 72,241 milyon ABŞ dolları dəyərində 133 min 626 ton xam şəkər (şəkər çuğundurundan/qamışından alınan aromatik-dad və ya boyayıcı əlavələrsiz) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,4 %, kəmiyyət olaraq – 25,1 % azdır.
Hesabat dövründə Braziliyadan 46,14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 35,5 % azalıb) 84 min 449 ton (-46,4 %), Meksikadan 26,065 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 49 min 149 ton (+2,3 dəfə), Kolumbiyadan 18,54 min ABŞ dolları dəyərində (-11,1 %) 16,13 ton (+22,2 %), Mavrikiyadan 6,72 min ABŞ dolları dəyərində (-38,5 %) 4,43 ton (-7,1 %), Türkiyədən 4,69 min ABŞ dolları dəyərində 3 ton məhsul gətirilib.
Altı il 3 aylıq fasilənin ardından Türkiyədən tədarük bərpa edilib.
İyunda Azərbaycan xam şəkəri əsasən Braziliyadan idxal edib. Həmin ölkədən tədarükün həcmi iyunda əvvəlki 5 ayın göstəricisi ilə müqayisədə 50 % artıb.
Qeyd edək ki, ötən il ölkəyə gətirilən 303,7 min ton xam şəkərin 92,2 % Braziliyanın payına düşüb.