Azərbaycan əsas tədarük bazarından soğan alışını kəskin azaldıb

ASK
  • 05 aprel, 2022
  • 11:02
Azərbaycan əsas tədarük bazarından soğan alışını kəskin azaldıb

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 20,22 min ABŞ dolları dəyərində 49,25 ton soğan gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 99,1 %, kəmiyyət olaraq – 99,2 % azalıb.

Azərbaycan Rusiyadan 18,32 min ABŞ dolları dəyərində 45,8 ton, Niderlanddan 1,9 min ABŞ dolları dəyərində 3,45 ton məhsul alıb.

2021-ci ilin ilk ayı ilə müqayisədə Rusiyadan tədarük 98,9 % və 99 % azalıb, Niderlanddan - 3,8 % və 4,5 % artıb. Ötən ilin 12 ayı ərzində ölkəyə idxal edilən 12,4 min ton soğanın 78 %-i Rusiyanın payına düşüb.

2022-ci ilin yanvarında Azərbaycan soğanı yalnız Rusiyaya satıb. Bu ölkəyə 40,68 min ABŞ dolları dəyərində 45,2 ton məhsul göndərilib. Rusiyaya ixrac əvvəlki ilin yanvarı ilə müqayisədə müvafiq olaraq 24,3 % və 24,5 % azalıb.