Azərbaycan əsas tədarük bazarından sarımsaq alışını kəskin artırıb

ASK
  • 11 oktyabr, 2022
  • 05:53
Azərbaycan əsas tədarük bazarından sarımsaq alışını kəskin artırıb

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 593,11 min ABŞ dolları dəyərində 458,76 ton sarımsaq gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,7 %, kəmiyyət olaraq – 10,4 % çoxdur.

İrandan 563,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50,5 % çoxdur) 433,14 ton (+51 %), Misirdən 24,34 min ABŞ dolları dəyərində 18,72 ton və Rusiyadan 5,68 min ABŞ dolları dəyərində 6,9 ton məhsul idxal edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Rusiyadan sarımsaq alıb. Bir il 5 aylıq fasilənin ardından Misirdən tədarük bərpa edilib.

Hesabat dövründə (bir il əvvəl olduğu kimi ancaq Rusiyaya) Azərbaycandan 177,23 min ABŞ dolları dəyərində (-38,3 %) 226,5 ton (+10,2 %) sarımsaq ixrac edilib.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (Çin, İran və Türkiyə) aldığı 764,28 ton sarımsağın 80 %-i İranın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti