Azərbaycan əsas tədarük bazarından makadamiya fındığının alışını kəskin artırıb

ASK
  • 07 oktyabr, 2024
  • 13:10
Azərbaycan əsas tədarük bazarından makadamiya fındığının alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 88,1 min ABŞ dolları dəyərində 10,12 ton makadamiya fındığı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 95 %, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 82,19 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çox) 9,8 ton (+2,3 dəfə), Fransadan 2,31 min ABŞ dolları dəyərində 0,05 ton (bir il əvvəl tədarük olmayıb), Cənubi Afrikadan 1,47 min ABŞ dolları dəyərində (-78,4 %) 0,11 ton (-67,7 %), Avstraliyadan 1,16 min ABŞ dolları dəyərində (-53 %) 0,11 ton (-15 %) və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,93 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.

2023-cü ildə Azərbaycana 4 ölkədən idxal edilmiş 6,88 ton makadamiya fındığının 89,5 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti