Azərbaycan əsas tədarük bazarından limon və laym alışını kəskin artırıb

ASK
  • 04 avqust, 2022
  • 05:53
Azərbaycan əsas tədarük bazarından limon və laym alışını kəskin artırıb

Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xaricdən 6,06 milyon ABŞ dolları dəyərində 8 min 045 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,8 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Türkiyədən 6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 31,8 % artıb) 8 min ton (+32 %), Cənubi Afrika Respublikasından (CAR) 34,45 min ABŞ dolları dəyərində (-96,4 %) 27,56 ton (-96,3 %), Braziliyadan 25,83 min ABŞ dolları dəyərində (+7,9 %) 13,96 ton (+8,6 %), Meksikadan 3,65 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 2 ton (+2,6 dəfə) məhsul alınıb.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (7 ölkədən) 16,9 min ton limon və laymın 85,6 %-i Türkiyənin, 13,9 %-i CAR-ın payına düşüb.