Azərbaycan əsas tədarük bazarından kivi alışını artırıb

ASK
  • 14 oktyabr, 2022
  • 10:15
Azərbaycan əsas tədarük bazarından kivi alışını artırıb

Bu ilin ilk 7 ayında Azərbaycana xaricdən 1,966 milyon ABŞ dolları dəyərində 2 min 754 ton kivi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,2 %, kəmiyyət olaraq – 19,7 % çoxdur.

Hesabat dövründə İrandan 1,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çoxdur) 2 min 723 ton (+22,7 %), Çilidən 30,31 min ABŞ dolları dəyərində (-29,3 %) 21,62 ton (-29,2 %), Çindən 25,2 min ABŞ dolları dəyərində 7,02 ton (bir il əvvəl tədarük olmayıb), Yeni Zelandiyadan 1,33 min ABŞ dolları dəyərində (-22,2 %) 0,95 ton (-22,1 %), İtaliyadan 1,3 min ABŞ dolları dəyərində (+9,2 %) 0,16 ton (-84,3 %) məhsul alınıb.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (6 ölkədən) gətirilən 3 min 354 ton kivinin 95 %-i İranın payına düşüb.